FIBA Avropa Kuboku: Azərbaycan çempionu bu gün son oyununa çıxacaq | |
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə bu gün son oyununa çıxacaq. Azərbaycan təmsilçisi D qrupundakı altıncı sınağında Çexiyanın “Nimburk” komandası ilə qarşılaşacaq. Bakı İdman Sarayında oynanılacaq matç saat 19:00-da start götürəcək. Qeyd edək ki, ötən tur Türkiyənin “Bağçaşəhər” klubuna uduzan “Sabah” 6 xalla üçüncü, “Nimburk” isə 9 xalla ikinci pillədə qərarlaşıb. |
|
Xəbər 142 dəfə oxundu. |
|
|