Azərbaycan karateçiləri dünya çempionatında iştirak edəcəklər
Azərbaycan Karate Federasiyasının (AKF) idmançıları kyokuşin-kan üzrə dünya çempionatında iştirak edəcəklər.

Qazaxıstanın Almatı şəhərində keçiriləcək mundialda yığmanın 19 kişi və 3 qadın üzvü qüvvəsini sınayacaq.

Komandanın tərkibində bir neçə beynəlxalq turnirin qalib və mükafatçıları da yer alıblar.

Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov dünya çempionatına yollanacaq idmançıların şanslarını yüksək qiymətləndirib. Noyabrın 24-26-da keçiriləcək mundialda 12 yaş kateqoriyasından başlayaraq, yeniyetmə və gənclərdən ibarət milli üzvləri ilə yanaşı, qadınlardan ibarət heyət də iştirak edəcək.

Xəbər 148 dəfə oxundu.