"Avro-2024": Emin Mahmudovun qolu turun ən yaxşısı seçilib
"Avro-2024"-ün seçmə mərhələsində IX turun ən yaxşı qolu müəyyənləşib.

Azərbaycan millisinin kapitanı Emin Mahmudovun Bakıda İsveç yığması ilə oyunda vurduğu ikinci qol bu nominasiya üzrə birinci olub.

UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, 30 yaşlı yarımmüdafiəçinin meydanın mərkəzindən rəqib qapısından keçirdiyi top turun qolu seçilib.

Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 131 dəfə oxundu.