Azərbaycan kikboksçusu reytinq döyüşünün qalibi olub
Kikboks üzrə dünya kəmərinin sahibi, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin idmançısı Şikar Bədəlov növbəti döyüşünə çıxıb.

Шdmançı bu dəfə 81 kiloqram çəki dərəcəsində "King of Kings" reytinq döyüşündə qüvvəsini sınayıb. O, çəkidə özündən 10 kiloqram artıq olan niderlandlı Nabil Xazri ilə qarşılaşıb.

Türkiyədə keçirilən duelə Azərbaycan təmsilçisi daha yaxşı başlayıb. Ş. Bədəlovun zərbələrinə tab gətirə bilməyən N. Xazri çox keçmədən təslim olub. Beləliklə, kikboksçu növbəti qələbəsini qazanaraq Azərbaycan bayrağını dalğalandırıb.

Qeyd edək ki, Şikar Bədəlov döyüşə məşqçisi Hikmət Hacıyevin rəhbərliyi altında hazırlaşıb. Əməkdar məşqçi eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmə və gənc kikboksçulardan ibarət millisinin və DİN İdman Cəmiyyətinin kikboksinq komandasının baş məşqçisidir.

Xatırladaq ki, Şikar Bədəlov bu ilin fevralında Türkiyənin İstanbul şəhərində Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Nordin El Benmofu birinci raundun ilk dəqiqəsində məğlub edərək dünya kubokunun sahibi olmuşdu.

Xəbər 147 dəfə oxundu.