AFFA rəsmisi "Beşiktaş" - “Brugge” oyununa təyinat alıb
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

O, Türkiyədə "Beşiktaş" və Belçikanın “Brugge” klubları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda UEFA Matç Direktoru qismində çalışacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda gerçəkləşəcək.

Xəbər 131 dəfə oxundu.