Azərbaycan Kubokunda II təsnifat mərhələsinin sonuncu iştirakçısı bəlli olub
Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.

Son oyun günündə "Şəfa" klubu "Şəmkir"i qəbul edib. II Liqa təmsilçilərinin Binə qəsəbə stadionundakı duelində sevinən tərəf meydan sahibləri olublar.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (5:3) “Şəfa” komandası adını növbəti mərhələyə yazdırıb. Aşağı dəstə təmsilçisi II raundda Premyer Liqanın iddialı klublarından “Səbail”lə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” komandaları II təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Xəbər 136 dəfə oxundu.