“Avro-2024”: Azərbaycan millisi seçmə mərhələdə son oyununa çıxır
Futbol üzrə Azərbaycan millisi “Avro-2024”-ün seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

Canni De Byazinin başçılıq etdiyi kollektiv səfərdə Belçikanın qonağı olacaq. "Kinq Baudouin” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qaşılaşmanı macarıstanlı FIFA referisi Gerqo Boqar idarə edəcək.

Hazırda Azərbaycan millisi F qrupunda 7 xalla dördüncü, belçikalılar isə 17 xalla ikincidir.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveç və Estoniya yığmaları üz-üzə gələcəklər.

Xəbər 156 dəfə oxundu.