Futbol üzrə Türkiyə millisi yoldaşlıq görüşündə Almaniyanı məğlubiyyətə uğradıb
Noyabrın 18-də futbol üzrə Türkiyə yığması yoldaşlıq görüşündə səfərdə Almaniya ilə qarşılaşıb.

Berlində keçirilən matçda Vinçenzo Montellanın yetirmələri rəqiblərini 3:2 hesabı ilə məğlubiyyətə uğradıblar.

Türkiyə millisinin heyətində F.Kadıoğlu, K.Yıldız və Y.Sarı fərqləniblər. Meydan sahiblərinin qollarına isə Havertz və Fulkrug imza atıblar.

Xəbər 118 dəfə oxundu.