“Avro-2024”: Niderland və Rumıniya Avropa çempionatına vəsiqəni təmin edib
Noyabrın 18-də Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Niderland millisi öz meydanında İrlandiyanı minimal hesabla məğlub edib – 1:0.

Rumıniya kollektivi isə səfərdə İsraildən üstün olub – 1:2. Beləliklə, hər iki komanda çempionata vəsiqəni təmin edib.

Günü digər qarşılaşmaları isə aşağıdakı kimi nəticələnib.

Belarus – Andorra – 1:0

Latviya – Xorvatiya – 0:2

İsveçrə - Kosovo – 1:1

Ermənistan – Uels – 1:1.

Xəbər 125 dəfə oxundu.