“Neftçi” – “Zenit” matçını idarə edəcək hakimlər bəlli olub
Bakıda “Neftçi” – “Zenit” arasında keçiriləcək yoldaşlıq matçının hakimləri müəyyənləşib.

Bu gün oynanılacaq görüşü yerli briqada idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabarovdur. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri isə Rəşad Əhmədov və Pərvin Talıbov olacaq.

Qeyd edək ki, “Neftçi Arena”da reallaşacaq matç saat 21:00-da start götürəcək.

Xəbər 121 dəfə oxundu.