İngiltərə Premyer Liqası: "Çelsi" - "Mançester Siti" oyununda "qol yağışı"
Futbol üzrə İngiltərə Premyer Liqasında XII tura yekun vurulub.

Bağlanış oyununda "Mançester Siti" "Çelsi"nin qonağı olub. Qapılara 8 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 4:4.

Hesabı 25-ci dəqiqədə Mançester təmsilçisinin hücumçusu Erlinq Haland açıb. Norveçli forvard penaltidən fərqlənib. Dörd dəqiqə sonra Tyaqo Silva tarazlığı bərpa edib. 37-ci dəqiqədə Rahim Sterlinq meydan sahiblərini hesabda önə çıxarıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə Manuel Akanci hesabı bərabərləşdirib. 47-ci dəqiqədə Haland 3-cü topu London klubunun qapısından keçirib. 67-ci dəqiqədə "zadəganlar" yenidən status-kvonu bərpa ediblər. 86-cı dəqiqədə Rodri "Çelsi"ni dördüncü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Koul Palmer qoyub.

Bu qələbədən sonra xallarını 28-ə çatdıran "Mançester Siti" zirvədəki mövqeyini qoruyub. 16 xalı olan "Çelsi" isə 10-cu sıraya yüksəlib.

Günün digər oyunlarında "Aston Villa" "Fulhem"ə 3:1, "Liverpul" "Brentford"a 3:0, "Vest Hem" "Notingem Forest"ə 3:2 hesabı ilə qalib gəlib, "Brayton" isə "Şeffild"lə heç-heçə edib - 1:1.

Xəbər 121 dəfə oxundu.