Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qol U-15” ll beynəlxalq futbol turnirinə start verilib
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qol U-15” ll beynəlxalq futbol turnirinə start verilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkil etdiyi turnirdə 8 komanda mübarizə aparır.

A qrupunda “Qarabağ”, “Turan Tovuz”, “Sabah” və Belarusun “U15 Academy” komandası, B qrupunda isə “Neftçi”, “Zirə”, “Sumqayıt”, eləcə də Qırğızıstanın “İlbirs” komandası mübarizə aparırlar.

Bu gün keçirilən 3 oyun - “Sabah” - “Qarabağ” (1:1), “Neftçi” - “Sumqayıt” (3:3),
“Zirə” - “İlbirs” (1:1) heç-heçə başa çatıb. “U15 Academy” komandası “Turan Tovuz”a 6:0 hesabı ilə qalib gəlib.

Turnirə noyabrın 19-da yekun vurulacaq.

Xəbər 205 dəfə oxundu.