“Olimpiakos” - “Qəbələ” oyununun hakimləri açıqlanıb
“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində Yunanıstanda “Olimpiakos”la keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.

Görüşü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Noyabrın 29-da baş tutacaq matçın baş hakimi Ceymi Robinson, onun köməkçiləri isə Adam Ceffri və Endryu Neteri olacaq.

Qeyd edək ki, Pireydəki “Georgios Karaiskakis” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qəbələdəki ilk oyunda yerli komanda 0:3 hesabı ilə uduzub.

Xəbər 156 dəfə oxundu.