Azərbaycanı dünya birinciliyində təmsil edəcək şahmatçılar bəlli olub
Noyabrın 13-də İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşlı qız və oğlan şahmatçılar arasında dünya birinciliyinə start veriləcək.

Mötəbər yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.

Dünya birinciliyində Azərbaycanı Şiroğlan Talıbov, Aqil İsrailov, Hüseyn Seyid, Rüstəm Rüstəmov, Tunar Davudov, Ziya Həsənli, Ayan Allahverdiyeva, Səmra Qasımova, Nurtən Nuriyeva, Selcan İsmayıl, Lalə Hüseynova təmsil edəcəklər.

Azərbaycan şahmatçılarından ibarət komandaya məşqçi Fərid Abbasov rəhbərlik edir.

Qeyd edək ki, yarışa noyabrın 25-də yekun vurulacaq.

Xəbər 154 dəfə oxundu.