ll Türk Dövlətləri Universiadasının təntənəli bağlanış mərasimi keçirilib
Qazaxıstanın Türkistan vilayətində keçirilən ll Türk Dövlətləri Universiadasına yekun vurulub. Azərbaycan idmançıları bu yarışda ümumilikdə 26 medal qazanıblar. Onun 7-si qızıl, 7-si gümüş, 12-si isə bürünc əyarlıdır.

Noyabrın 9-da Qazaxıstanın Türkistan vilayətində ll Türk Dövlətləri Universiadasının təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə iştirakçı ölkələrin idmançıları, o cümlədən, Azərbaycan təmsilçiləri iştirak ediblər. Mərasimdə yarışın estafeti təntənəli şəkildə Qırğızıstana təhvil verilib.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Azərbaycan 4 idman növündə - stolüstü tennis, cüdo, yunan-Roma güləşi və sərbəst güləş üzrə ümumilikdə 38 idmançı ilə təmsil olunub.

Xəbər 208 dəfə oxundu.