Avropa Kuboku: “Sabah” basketbol klubu tarixi qələbə qazanıb | |
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk qələbəsini qazanıb. Azərbaycan çempionu qrupdakı dördüncü oyununda Bakıda Monteneqronun “Mornar” komandası ilə qarşılaşıb. Görüş 81:74 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb. Qeyd edək ki, “Sabah” bunadək qrupda keçirdiyi hər üç oyunda uduzub. |
|
Xəbər 295 dəfə oxundu. |
|
|