Azər Əliyev EYOF Komissiyasının iclasında iştirak edib
Belçikanın paytaxtı Brüsseldə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) komissiyasının iclası keçirilib.

Tədbirdə MOK-un baş katibi, EYOF komissiyasının üzvü Azər Əliyev də iştirak edib.

Əvvəlcə festivalın təşkilatçıları tərəfindən tədbir iştirakçılarına “Friuli Venesiya Juliua-2023” Qış və “Maribor-2023” Yay Olimpiya festivallarının hesabatları təqdim olunub. Sonra “Bakuriani Borjomi-2025” Qış və “Skopye-2025” Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı müzakirələr aparılıb, yarışların keçiriləcəyi idman qurğuları, idmançıların qalacaqları bina və obyektlərlə tanışlıq olub.

Əlavə olaraq, görüşdə EYOF-un gələcək plan və strategiyaları, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar haqqında müzakirələr aparılıb.

Xəbər 170 dəfə oxundu.