“Real Madrid” fransalı futbolçu ilə müqaviləni yeniləyib
İspaniyanın "Real Madrid" komandası futbolçusu Eduardu Kamavinqa ilə müqaviləni yeniləyib.

Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2029-cu ilin yayınadək uzadıb.

Fransalı oyunçunun təzminat qiyməti isə 1 milyard avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ilin avqustundan “Real Madrid”in formasını geyinir.

“Kral klubu” daha əvvəl braziliyalı hücumçu Vinisius Juniorla müqavilənin müddətini uzadıb.

Xəbər 162 dəfə oxundu.