Çempionlar Liqası: “Milan” PSJ-yə qarşı, üç komanda 1/8 finala vəsiqəni təmin edə bilər
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsində IV tura start veriləcək.

İlk oyun günündə səkkiz qarşılaşma keçiriləcək.

E qrupunda “Atletiko” İspaniyada Şotlandiya “Seltik”ini, “Latsio” İtaliyada Niderland “Feyenoord”unu sınağa çəkəcək.

F qrupunda İngiltərə “Nyukasl”ı Almaniyada Dortmund “Borussiya”sının, Fransa PSJ-si isə İtaliyada “Milan”ın qonağı olacaq.

G qrupunda İngiltərənin “Mançester Siti” komandası evdə İsveçrə “Yanq Boyz”u ilə, Almaniya “Leyptsiq”I isə Serbiyada “Srvena Zvezda” ilə münasibətlərinə aydınlıq gətirəcək. “Böyük beşlik” təmsilçiləri qalib gələcəkləri halda, 1/8 final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edəcəklər.

H qrupunda isə İspaniya “Barselona”sı pley-offda iştirakını erkən rəsmiləşdirə bilər. Bunun üçün kataloniyalılar Ukraynanın “Şaxtyor” (Donetsk) komandasını məğlub etməlidir.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

7 noyabr

E qrupu

00:00. “Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya)

00:00. “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland)

Xal durumu: “Feyenoord” – 6, “Atletiko” – 5, “Latsio” – 4, “Seltik” - 1.

F qrupu

21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə)

00:00. “Milan” (İtaliya) – PSJ (Fransa)

Xal durumu: PSJ – 6, “Borussiya” – 4, “Nyukasl” – 4, “Milan” - 2.

G qrupu

00:00. “Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə)

00:00. “Srvena Zvezda” (Serbiya) – “Leyptsiq” (Almaniya)

Xal durumu: “Mançester Siti” – 9, “Leyptsiq” – 6, “Yanq Boyz” – 1, “Srvena Zvezda” - 1.

H qrupu

21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya)

00:00. “Portu” (Portuqaliya) – “Antverpen” (Belçika)

Xal durumu: “Barselona” – 9, “Portu” – 6, “Şaxtyor” – 3, “Antverpen” - 0.

Qeyd edək ki, A, B, C və D qruplarının oyunları noyabrın 8-də keçiriləcək.

Xəbər 191 dəfə oxundu.