Azərbaycan futbolunda son yeddi mövsümün rekordu qeydə alınıb | |
Azərbaycan futbolunda son yeddi mövsümün rekordu qeydə alınıb. Bu, 2-ci Liqanın X turuna təsadüf edib. “Dinamo”nu qəbul edən “Şahdağ Qusar” qonaqların qapısından 9 cavabsız top keçirib. Bu, son 7 mövsümdə PFL-in bayrağı altında keçirilən bütün yarışların ən böyükhesablı nəticəsidir. Ən azı 9 top fərqli qələbə sonuncu dəfə 2016/2017-ci illər mövsümündə qeydə alınıb. Təxminən 7 il, yəni 2554 gün əvvəl - 2016-cı il noyabrın 8-də I divizionda mübarizə aparan “Zaqatala” “Energetik”ə daha böyük fərqlə qalib gəlib – 10:0. Qeyd edək ki, bir oyunda 9 qolun vurulmasına cari çempionatda ikinci dəfə təsadüf olunub. II Liqada “Kür-Araz” “Kürmük Qax”ı 6:3 hesabı ilə məğlub edib. Bir komandanın ən azı 9 qol vurması isə son dəfə 2017/2018-ci illər mövsümündə əvəzedicilər liqasında gerçəkləşib. “Qəbələ-2” “Sumqayıt-2”yə 9:1 hesabı ilə qalib gəlib. |
|
Xəbər 189 dəfə oxundu. |
|
|