Dünya çempionatı: Azərbaycanın minifutbol yığması dördüncü yeri tutub
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında 3-cü yer uğrunda oyuna çıxıb.

Yığmamız bürünc medal uğrunda görüşdə Macarıstan seçməsi ilə qarşılaşıb.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə bitib və Azərbaycan millisi mundialı medalsız başa vurub.

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan yığması son Avropa çempionudur.

Xəbər 124 dəfə oxundu.