ll Türk Dövlətləri Universiadasında iştirak edən ölkələrin bayraqqaldırma mərasimi keçirilib
Noyabrın 5-də Qazaxıstanın Türkistan vilayətində təşkil olunan ll Türk Dövlətləri Universiadasında iştirak edən ölkələrin bayraqqaldırma mərasimi keçirilib. Mərasimdə ilk olaraq Azərbaycan bayrağı, daha sonra isə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstanın bayraqları göylərə ucaldılıb.

Qeyd edək ki, ll Türk Dövlətləri Universiadasının açılış mərasimi noyabrın 6-da keçiriləcək. Azərbaycan yarışda 4 idman növündə - stolüstü tennis, cüdo, yunan-Roma güləşi və sərbəst güləş üzrə təmsil olunacaq.

Xəbər 158 dəfə oxundu.