"Neftçi" ilk qələbəsini regionda qazanıb
Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.

İlk turda məğlub olmuş "Neftçi" səfərdə "Cəlilabad" klubu ilə qarşılaşıb. Oyun paytaxt klubunun 90-56

hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Rişon Conson - 38 xal, 8 ribaund), "Neftçi" (Maykl Karter - 19 xal, 4 ribaund).

Qeyd edək ki, ikinci turun son oyunu ( "Şəki" - "Sərhədçi") noyabrın 5-də keçiriləcək.

Xəbər 140 dəfə oxundu.