Bakıda “Landmark 7” turnirinə start verilib
“Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən “Landmark 7” turnirinə start verilib.

Milli Gimnastika Arenasında keçirilən yarışda ilk görüş Latviyalı Hasan Mezhiyev və qazaxıstanlı Konstantin Merkulov arasında olub. Qarşılaşma Latviya təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

İkinci dueldə isə portuqaliyalı Quentin Dominqos və Gürcüstandan olan MMA döyüşçüsü Şota Betlemidze üz-üzə gəlib. Nəticədə Ş. Betlemidze qalib olub.

Qeyd edək ki, bu turnirdə Azərbaycanın 5 MMA döyüşçüsü mübarizə aparacaq.

Xəbər 118 dəfə oxundu.