Azərbaycan cüdoçusu növbəti dəfə Avropa çempionu olub
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ispaniyalı Salvador Kases Roka ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H. Heydərov üçüncü dəfə Avropa çempionu olub.

Qeyd edək ki, bu, Azərbaycanın cüdo yığmasının hazırkı Avropa çempionatında hələlik ilk medalıdır.

Xəbər 140 dəfə oxundu.