Braziliyanın “Fluminense” klubu tarixində ilk dəfə Libertadores kubokunun qalibi olub
Braziliyanın “Fluminense” futbol klubu tarixində ilk dəfə Libertadores kubokunun qalibi olub.

Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən finalda komanda Argentinanın “Boka Xuniors” klubunu əlavə vaxtda məğlub edib.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Fluminense” heyətində 36-cı dəqiqədə German Kano, qonaqlardan isə 73-cü dəqiqədə Luis Advinkula imza atıblar.

Qalibin müəyyənləşdirilməsi üçün oynanılan əlavə vaxtda isə Con Kennedi (99-cu dəqiqə) komandasının qələbə qolunu vurub.

Xəbər 184 dəfə oxundu.