Azərbaycan Premyer Liqası: Bu gün XII turun daha iki oyunu keçiriləcək
Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu keçiriləcək.

Əvvəlcə son çempion “Qarabağ” komandası “Kəpəz”i qəbul edəcək.

Ağdam klubu 20 xalla üçüncü, Gəncə təmsilçisi isə 6 xalla sonuncudur.

Günün digər matçında isə “Araz-Naxçıvan” klubu “Sumqayıt”ın qonağı olacaq. “Gənclik şəhəri” təmsilçisi 15 xalla 7-ci, Naxçıvan təmsilçisi 20 xalla 4-cü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XII tur

16:00. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Tofiq Bəhramov adına Respublika stadionu.

18:00. “Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

“Kapital Bank Arena”.

Qeyd edək ki, turun ilk matçında "Səbail" evdə “Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.

Xəbər 182 dəfə oxundu.