Azərbaycanın 5 MMA döyüşçüsü “Landmark 7” turnirində mübarizə aparacaq
Bu gün “Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Bakıda “Landmark 7” turniri baş tutacaq.

Milli Gimnastika Arenasında keçiriləcək yarışda Azərbaycanın 5 MMA döyüşçüsü mübarizə aparacaq.

Əsas qarşılaşma Vüqar Kərəmov ilə yaponiyalı rəqibi Çihiro Suzuki arasında olacaq. Tofiq Musayev Yaponiyanın digər təmsilçisi Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali Abdulxalikov, Mehman Məmmədov türkiyəli Fərid Göktəpə, Tural Rəhimov isə cənubi koreyalı Kyun Pyu Kim ilə üz-üzə gələcəklər.

Yarışa saat 17:00-da start veriləcək.

Xəbər 136 dəfə oxundu.