Dünya çempionatı: Azərbaycanın minifutbol yığması yarımfinala vəsiqə qazanıb | |
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında 1/4 final oyununu keçirib. Yığma 1/4 finalda Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn yığma adını yarımfinala yazdırıb. Azərbaycan millisindən qolları 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov və 36-cı dəqiqədə Mirmehdi Rzayev vurublar. Elşad Quliyevin başçılıq etdiyi komanda finala gedən yolda Qazaxıstanla qarşılaşacaq. Görüş noyabrın 3-də keçiriləcək. Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Portuqaliyanı mübarizədən kənarlaşdırıb. |
|
Xəbər 165 dəfə oxundu. |
|
|