Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atılıb
Azərbaycan Kubokunda 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.

32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq. Cari mövsüm yarışda Premyer Liqa və Birinci divizionunun hərəsindən 10 komanda iştirak edəcək. İkinci divizionundan isə 14 komandanın iştirakı nəzərdə tutulub.

İlk olaraq II Liqada yer alan 14 komanda I təsnifat mərhələsində bir-biriləri ilə qarşılaşacaqlar. Qaliblər II raunda mübarizəni davam etdirəcək. Həmin mərhələdə I liqa təmsilçiləri və ötən mövsüm Premyer Liqanın aşağı pillələrində qərarlaşan komandalar mübarizəyə başlayacaqlar. Bunun ardından 1/8 final mərhələsi təşkil olunacaq. Premyer Liqanın digər klubları isə həmin raunddan yarışa qoşulacaqlar.

Azərbaycan Kuboku- 2023/2024

I təsnifat mərhələsi

1. “Şəfa” - “Şəmkir”

2. “Göygöl” - “Dinamo”

3. “Sheky City” - “Kür-Araz”

4. “Füzuli” - “Lerik”

5. “Şahdağ Qusar” - “Qusar”

6. “Baku Sportinq” - “Kürmük Qax”

7. “Ağdaş” - “Cəbrayıl”

II təsnifat mərhələsi

8. 1-ci cütün qalibi - “Səbail”

9. “Zaqatala” - “Şamaxı”

10. “Turan Tovuz” - 2-ci cütün qalibi

11. “Araz-Saatlı” - “İrəvan”

12. 3-cü cütün qalibi - “Araz-Naxçıvan”

13. “İmişli” - “Mingəçevir”

14. 4-cü cütün qalibi - “Sumqayıt”

15. “Karvan” - “Difai Ağsu”

16. 5-ci cütün qalibi - “Qaradağ Lökbatan”

17. “Kəpəz” - 6-cı cütün qalibi

18. MOİK - 7-ci cütün qalibi

1/8 final

19. 8-ci cütün qalibi - 9-cu cütün qalibi

20. “Zirə” - 10-cu cütün qalibi

21. 11-ci cütün qalibi - 12-ci cütün qalibi

22. 13-cü cütün qalibi - “Qəbələ”

23. 14-cü cütün qalibi - 15-ci cütün qalibi

24. “Neftçi” - 16-cı cütün qalibi

25. 17-ci cütün qalibi - “Sabah”

26. “Qarabağ” - 18-ci cütün qalibi

1/4 final

27. 19-cu cütün qalibi - 20-ci cütün qalibi

28. 21-ci cütün qalibi - 22-ci cütün qalibi

29. 23-cü cütün qalibi - 24-cü cütün qalibi

30. 25-ci cütün qalibi - 26-cı cütün qalibi

Yarımfinal

31. 27-ci cütün qalibi - 28-ci cütün qalibi

32. 29-cu cütün qalibi - 30-cu cütün qalibi

Final

31-ci cütün qalibi - 32-ci cütün qalibi.

Xəbər 175 dəfə oxundu.