Dünya çempionatı: Azərbaycanın minifutbol yığması 1/4 finalda | |
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirib. Yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Mirmehdi Rzayev, Elvin Əlizadə və Rəvan Kərimov fərqləniblər. Qeyd edək ki, Azərbaycan millisinin ¼ finaldakı rəqibi Bolqarıstan-İngiltərə cütlüyünün qalibi olacaq. |
|
Xəbər 157 dəfə oxundu. |
|
|