MMA döyüşçümüz “Octagon liqası”nda qələbə qazanıb
Azərbaycanın MMA döyüşçüsü Namiq Ağabalayev növbəti qələbəsini qazanıb.

“Şəhid Rafət Qulamov” klubunun təmsilçisi Qazaxıstanın Almatı şəhərində “Octagon liqası”nın 51-ci turnirində gücünü sınayıb.

Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən Namiq Ağabalayev yerli tanınmış idmançı Adilet Aytjanov ilə qarşılaşıb.

MMA döyüşçümüz birinci raundda rəqibini “Triangle” boğucu fəndi ilə vaxtından əvvəl məğlub edib.

Xəbər 139 dəfə oxundu.