Əli Quliyev pankration yarışında qızıl medal qazanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Dünya Döyüş Oyunlarında (“World Combat Games”) pankration yarışları yekunlaşıb.

Azərbaycan milli komandasının tərkibində mübarizə aparan Əli Quliyev 66 kiloqram çəki kateqoriyasında pankration üzrə qızıl medal qazanıb. Finalda idmançımız Sabit Jussipanı (Qazaxıstan) məğlub edib.

Xəbər 135 dəfə oxundu.