Böyük Dəbilqə turnirində Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxacaq
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Böyük Dəbilqə turniri davam edir.

Yarışın ikinci günündə 2 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Kişilər arasında 73 kiloqram çəkidə İbrahim Əliyev və Rəşid Məmmədəliyev tatamiyə çıxacaq.

Qeyd edək ki, Azərbaycanı yarışda 14 cüdoçu təmsil edir. Turnir oktyabrın 26-da başa çatacaq.

Xəbər 240 dəfə oxundu.