Azərbaycan Premyer Liqası: Bu gün II turdan təxirə salınmış oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış oyun keçiriləcək.

“Sabah” klubu Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. “Kapital Bank Arena”da keçiriləcək görüş saat 18:30-da başlayacaq. Matçı baş hakim Rəşad Əhmədov idarə edəcək.

Hazırda komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşıblar. Sumqayıtlılar 11 xalla yeddinci, bakılılar isə 10 xalla səkkizinci sırada yer alıblar.

İki kollektiv bunadək ölkə çempionatında 20 dəfə qarşılaşıb. Bu oyunların altısında “Sumqayıt”, on birində “Sabah” qələbə qazanıb. Topların nisbəti də qonaqların xeyrinədir – 40:20.

Son üç görüşün hərəsində 4 qol vurulub. 8 oyundur uduzmayan “Sabah” son 5 matçda üç və ya daha çox qol vuraraq qalib gəlib.

Azərbaycan Premyer Liqası

II turdan təxirə salınmış oyun

25 oktyabr

18:30. “Sumqayıt” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.

VAR: Tural Qurbanov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

"Kapital Bank Arena"

Xəbər 205 dəfə oxundu.