AFFA rəsmisi UEFA-dan yeni təyinat alıb
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

O, 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin B qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.

Bu qrupda Bosniya və Herseqovina, Lixtenşteyn, Estoniya və Cəbəllütariq milli komandaları mübarizə aparacaqlar. Oyunlar oktyabrın 24-dən 30-dək Bosniya və Herseqovinada təşkil olunacaq.

Xəbər 246 dəfə oxundu.