Mbappe öz gələcəyi barədə yekun qərara gəldiyini açıqlayıb
İspaniyanın “Marca” nəşrinin son məlumatına görə, futbolçu artıq öz gələcəyi ilə bağlı son qərarını verib. Onun planları artıq Madridin "Real" klubuna məlumdur.

Ötən ilin yayında fransalı futbolçu "PSJ" rəhbərliyinə 2024-cü ilin iyununda başa çatacaq müqaviləsini yeniləməyəcəyini bildirib. Eyni zamanda, onun müqavilənin bir mövsümlük müddətə uzadılması ilə bağlı bəndindən faydalanmaq hüququ da olub, lakin o bundan yararlanmaq istəməyib.

Paris klubunun rəhbərliyi bu xəbərdən hiddətləndiyinə görə hətta bir müddət ulduz oyunçunu komandadan uzaqlaşdırmaq qərarı verib. Ona bildirilib ki, əgər yay transferinə razılıq verməsə, bütün 2023/24-cü il mövsümünü tribunalarda keçirə bilər.

Nəticədə isə bu səs-küy elə də fayda verməyib. “PSJ”-nin çempionatdakı ilk oyununda Mbappe həqiqətən oyunu tribunadan izləməli olsa da, daha sonra ən qısa vaxtda yenidən komandaya qayıdıb.

“PSJ” rəhbərliyi Mbappeni razı sala biləcəklərinə və onunla müqaviləni uzada biləcəklərinə ümid edir. Əks halda, ulduz oyunçu demək olar ki, tamamilə onların əlindən çıxacaq.

Mbappe isə qərarında qəti olduğunu bildirib və klubla müqaviləsini 2022-ci ildə uzatdığına peşman olduğunu dilə gətirib.

Xəbər 222 dəfə oxundu.