FHN-in qurumları arasında keçirilən voleybol çempionatına yekun vurulub
Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə çempionat keçirilib.

FHN-in İdman-sağlamlıq klubu və işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə təşkil olunan çempionatda qurumlar üzrə 15 komandadan 150-yə yaxın idmançı iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışların nəticələrinə əsasən, finalda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin komandası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin kollektivinə qalib gələrək yarışın qalibi olub. Üçüncü yer uğrunda keçirilən görüşdə isə Mülki müdafiə qoşunlarının komandası bürünc medala sahib çıxıb.

Qaliblərə kubok, medal, diplom və sertifikatlar təqdim edilib.

Xəbər 226 dəfə oxundu.