AVRO-2024: Bu gün daha 3 ölkə final mərhələsinə vəsiqə əldə edə bilər | |
Bu gün AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulacaq. Son oyun günündə yeddi qarşılaşma keçiriləcək. A qrupunda Ukrayna millisi Maltanın, İtaliya yığması İngiltərənin qonağı olacaq. Britaniyalılar qələbə qazanacaqları təqdirdə, final mərhələsinə vəsiqə əldə edəcəklər. G qrupunda isə Macarıstan Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Komanda bunun üçün səfərdə Litvaya qalib gəlməlidir. Bu qrupun digər matçında isə Serbiya doğma meydanda Monteneqronu sınağa çəkəcək. H qrupunda Finlandiya Qazaxıstanla, Şimali İrlandiya Sloveniya ilə, San Marino isə Danimarka ilə üz-üzə gələcək. Danimarkalılar qalib gələcəyi halda, digər görüşlərin də nəticələrindən asılı olaraq, final mərhələsində yerini təmin edə bilər. AVRO-2024, seçmə mərhələ VIII tur 17 oktyabr C qrupu 22:45. Malta – Ukrayna 22:45. İngiltərə - İtaliya Xal durumu: İngiltərə - 13 (5 oyun), İtaliya – 10 (5), Ukrayna – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (6) G qrupu 22:45. Litva – Macarıstan 22:45. Serbiya – Monteneqro Xal durumu: Macarıstan – 13 (5), Serbiya – 10 (6), Monteneqro – 8 (5), Litva - 5 (6), Bolqarıstan – 2 (6) H qrupu 20:00. Finlandiya – Qazaxıstan 22:45. Şimali İrlandiya – Sloveniya 22:45. San Marino – Danimarka Xal durumu: Sloveniya – 16 (7), Danimarka – 16 (7), Finlandiya – 12 (7), Qazaxıstan – 12 (7), Şimali İrlandiya – 6 (5), San Marino – 0 (7) Qeyd edək ki, daha əvvəl ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya yığmaları Avropa çempionatına vəsiqəni təmin ediblər. |
|
Xəbər 160 dəfə oxundu. |
|
|