UEFA-nın dəstəyilə keçirilən məşqçi kurslarına yekun vurulub
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

Qusar Olimpiya İdman Kompleksində təşkil olunan kursun sonuncu günündə iştirakçılara müvafiq lisenziyalar verilib.

Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev təqdim ediblər.

Xəbər 154 dəfə oxundu.