Azərbaycan gimnastları beynəlxalq turnirə yollanıblar
Batut gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Çexiyanın Yablonets nad Nisou şəhərində keçiriləcək “Friendship-2023” beynəlxalq turnirində iştirak edəcəklər.

Fərhad Mustafayev, Ayan Şabanova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev, Ömər Qasımlı, Samirə Hüseynova və Nicat Mirzəyev bu məqsədlə Çexiyaya yola düşüblər.

Qeyd edək ki, bu gün start götürəcək turnir oktyabrın 14-də yekunlaşacaq.

Xəbər 207 dəfə oxundu.