AVRO-2024: Azərbaycan - Avstriya matçının hakimləri müəyyənləşib
AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və Avstriya yığmaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Qarşılaşmanın baş hakimi yunanıstanlı Aristotelis Diamantopulos olacaq.

Ona həmyerliləri Konstantinos Psarris və Andreas Meintanas kömək edəcəklər. Anastasios Papapetru isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Xəbər 167 dəfə oxundu.