Azərbaycanın üç cüdoçusu Avropa Kubokunda iştirak edəcək
İspaniyanın Malaqa şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.

Yarışa 35 ölkədən 378 idmançı qatılacaq.

Azərbaycanı turnirdə Ramilə Əliyeva (48 kiloqram), Nərgiz Hacıyeva ( 57 kiloqram) və Südabə Ağayeva (70 kiloqram) təmsil edəcəklər.

Cüdoçulara qadınlardan ibarət yığma komandanın məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qeyd edək ki, yarış 14 – 15 oktyabrda təşkil olunacaq.

Xəbər 278 dəfə oxundu.