Azərbaycan boksçusu Avropa Kubokunun finalına yüksəlib
Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunun finalına yüksəlib.

Buna 63,5 kiloqram çəkidə mübarizə aparan Azərbaycan təmsilçisinin rəqibinin döyüşdən imtina etməsi səbəb olub. Ahmat Ştivi (İsrail) görüşə çıxmayacağından Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici görüşdə İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün baş tutacaq yarımfinal görüşündə Azərbaycan millisinin daha 4 boksçusu döyüşəcək.

Xəbər 222 dəfə oxundu.