Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın bu təşkilatda üzvlüyünü dayandırıb | |
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin (ROK) bu təşkilatda üzvlüyünü dayandırıb. Bu barədə BOK-un rəsmi nümayəndəsi Mark Adams jurnalistlərə məlumat verib. O bildirib ki, səbəb Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xersonun olimpiya şuralarının ROK-a daxil edilməsidir. BOK-un İcraiyyə Komitəsi vəziyyətin dəyişməsindən asılı olaraq gələcəkdə hər hansı qərar qəbul etmək hüququnu özündə saxlayıb. |
|
Xəbər 143 dəfə oxundu. |
|
|