Dünyanın ən dəyərli milli komandaları açıqlanıb
“Transfermarkt” nəşri dünyanın futbol üzrə ən dəyərli 30 milli komandasını açıqlayıb.

Siyahıya 1,32 milyard avro dəyərində heyəti olan İngiltərə yığması başçılıq edir.

Fransa millisi (1,06) ikinci, Portuqaliya seçməsi (998 milyon avro) üçüncü sırada qərarlaşıb.

Türkiyə yığmasının oyunçularının ümumi dəyəri isə 247.6 milyon avrodur. “Ay-ulduzlular” bu göstərici ilə 24-cü pillədə yer alıb.

Ən dəyərli milli komandaların ilk “onluğ”u

1.İngiltərə - 1,32 milyard avro

2. Fransa – 1,06 milyard avro

3. Portuqaliya – 998 milyon avro

4. Braziliya - 940 milyon avro

5. İspaniya – 820,5 milyon avro

6. Argentina – 798,5 milyon avro

7. İtaliya - 775,5 milyon avro

8. Almaniya – 774,5 milyon avro

9. Niderland – 438,5 milyon avro

10. Norveç – 437,45 milyon avro

Xəbər 162 dəfə oxundu.