Azərbaycan Həndbol Federasiyasının rəsmisi yeni təyinat alıb
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri və beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb.

O, kişilər arasında Avropa Kubokunun ikinci mərhələsinin “Beykoz BLD SK” – “HC Vise BM” görüşündə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Türkiyə və Belçika təmsilçilərinin oyunu oktyabrın 15-də İstanbuldakı “Recep Şahin Göktürk” idman kompleksində keçiriləcək.

Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər idarə edəcəklər.

Xəbər 181 dəfə oxundu.