Azərbaycan cüdoçularının iştirak etdiyi beynəlxalq təlim-məşq toplanışı başa çatıb
Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilmiş beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

Qazaxıstan yığma komandası ilə birlikdə təşkil olunmuş hazırlıq prosesinə 100-ə yaxın idmançı qatılıb.

Təlim-məşq toplanışında Azərbaycan millisinin doqquz üzvü iştirak edib.

Cüdoçulara yığmanın böyük məşqçisi Mehman Əzizov və böyük performans analitik Zaur Babayev rəhbərlik edib.

Qeyd edək ki, hazırlıq prosesi 17-19 noyabrda 23 yaşa qədər cüdoçular arasında keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Xəbər 168 dəfə oxundu.