Azərbaycan idmançıları savat üzrə Dünya Kubokunda beş medal qazanıblar
Avstriyanın Vayts şəhərində keçirilən savat üzrə Dünya Kubokunda Azərbaycan idmançıları beş medal qazanıblar.

Kiçik yaş qrupunda Ağamirzə Mahmudbəyli (30 kiloqram), gənc savatçıların mübarizəsində isə Ələkbər Xanməmmədov (56 kiloqram) qızıl medalın sahibi olublar.

Gənclərdən Yasin İbrahimov (52 kiloqram) və Məhəmməd Süleymanov (+75 kiloqram) gümüş, böyüklərin yarışında isə Beyrək Bağırov (80 kiloqram) bürünc medala yiyələniblər.

Xəbər 138 dəfə oxundu.