“Kəpəz” “Benfika”nın sabiq qapıçısını transfer edib
“Kəpəz” komandası heyətini yeni qapıçı ilə gücləndirib.

Portuqaliyalı İqor Rodriges "sarı-göylər"in şərəfini qoruyacaq. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qolkiperin son klubu ölkəsində “Feyrense” olub. 28 yaşlı qapıçı 2017-ci ildə Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klublarında oynayıb.

Xəbər 148 dəfə oxundu.